3 Noyabr 2026, Çərşənbə axşamı
“Qarabağ” 4500 manat cərimələndi
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi

Xarici futbol

İran millisi DÇ-2026-ya vəsiqə qazandı

İran millisi 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edib.

Futbolxeber.az saytının məlumatına görə, komanda DÇ-2026-nın Asiya zonası üzrə seçmə mərhələsinin 8-ci turu çərçivəsində Özbəkistanla qarşılaşıb. Oyun 2:2 hesabı ilə yekunlaşıb.

1-ci qrupda yer alan İran millisi seçmə mərhələnin başa çatmasına 2 tur qalmış 20 xal toplayıb və liderdir. Reqlamentə əsasən, hər qrupdan ilk 2 yeri tutan komandalar mundiala birbaşa vəsiqə qazanacaqlar. BƏƏ 7 turdan sonra 13 xalla 3-cü yerdədir. Sözügedən komanda istənilən halda qrupda İran yığmasını ötə bilməyəcək. Beləliklə, qonşu ölkənin yığmasının DÇ-2026-nın final mərhələsində mübarizə aparacağı dəqiqləşib.

17 xalla 2-ci pillədə qərarlaşan Özbəkistan isə hələ də vəsiqə şansını qoruyur.

Daha əvvəl Yaponiya və Yeni Zelandiya mundiala vəsiqə qazanıb. ABŞ, Meksika və Kanada isə ev sahibləri kimi turnirin final mərhələsində yarışacaqlar.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı 48 komandanın iştirakı ilə keçiriləcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30