23 Dekabr 2025, Çərşənbə axşamı
"Zirə"nin hazırlıq planı bilindi
“Sumqayıt” hamını qabaqladı
“Əzmkar qələbə qazandıq”
“Neftçi” qalib gəldi, “Zirə” xal itirdi

Xarici futbol

“Sumqayıt”ın hücumçusu ehtiyatda qaldı, komandası DÇ-2026-ya yaxınlaşdı

DÇ-2026-nın Asiya zonasında növbəti oyunları keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, “Sumqayıt”ın hücumçusu Bobur Abdixolikovun dəvət aldığı Özbəkistan millisi 7-ci tur çərçivəsində öz meydanında Qırğızıstanı qəbul edib.

Görüş özbəklərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Sumqayıt”ın hücumçusu əvvəldən sona kimi görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Bu qələbə sayəsində Özbəkistan millisi DÇ-2026-ya bir addım da yaxınlaşıb. 7 turdan sonra 16 xalı olan Özbəkistan hazırda qrupda ikincidir. Komanda ən yaxın izləyiciləri – BƏƏ və Qətər millilərini 6 xal qabaqlayır. Qrup mərhələsinin sonuna isə cəmi 3 tur qalıb. Son 3 görüşdə bu üstünlüyü əldən verməyəcəyi halda Özbəkistan millisi tarixində ilk dəfə Dünya çempionatına vəsiqə qazanacaq. Komanda ilk iki yeri tutmayacağı halda isə DÇ-2026-ya vəsiqə uğrunda pley-off matçlarına qatılacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31