4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Xarici futbol

Ukraynalı məşqçi: “Azərbaycanla oyun asan olmayacaq”

“Episentr” klubunun baş məşqçisi və futbol eksperti Sergey Naqornyak Ukrayna millisinin DÇ-2026-nın seçmə mərhələsindəki qrupunu dəyərləndirib. 
 
Futbolxeber.az saytının məlumatına görə, “sport.ua”ya müsahibəsində 53 yaşlı mütəxəssis Fransa ilə müqayisədə Xorvatiya ilə qarşılaşmağın Ukrayna millisi üçün daha münasib olduğunu bildirib. O, İslandiya və Azərbaycan milliləri ilə görüşlərin də asan keçməyəcəyini qeyd edib:
 
“Əlbəttə, mən Ukrayna millisinin rəqibi qismində Fransanı yox, Xorvatiyanı görmək istərdim. Fransızlar iki heyət yığa bilərlər. Xorvatlarda isə nəsildəyişmə prosesi gedir. Prinsipcə, bütün komandalarla oyunlar asan keçməyəcək. İslandiya millisi yenidən səviyyəsinu artırır. Bu rəqiblərlə çətin olacaq. Bizim yaxşı futbolçularımız var. Lakin hələlik onlar millidə ümidləri tam doğrultmurlar”. 
 
Qeyd edək ki, millimiz seçmə mərhələdə Ukrayna yığmasına qarşı ilk oyununu sentyabrın 9-da öz meydanında keçirəcək. Səfər matçı isə oktyabrın 13-nə təsadüf edəcək. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31