4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Xarici futbol

Juninyo daha bir tanınmış klubun hədəfində

"Qarabağ"ın hücumçusu Olavio Juninyo "Sevilya" ilə yanaşı, Avropanın daha bir tanınmış klubunun maraq dairəsindədir. Həmin komanda hazırda Çempionlar Liqasında oynayır.
 
Futbolxeber.az saytının məlumatına görə, bu haqda İspaniyanın AS nəşri yazıb.
 
Daha öncə İspaniyanın "Sevilya" klubu Juninyo üçün "Qarabağ"a rəsmi təklif  göndərib. 
 
"AS" nəşri yazır ki, vinger və hücumçu almaq istəyən "Sevilya" üçün Juninyonun transferi favoritdir. Lakin qəzet onu da qeyd edir ki, "Qarabağ" braziliyalıya görə çox pul tələb edir.
 
Klubun belə bir maliyyə təklifi irəli sürməyi düşündüyünü yazan qəzet Juninyonun özündən də təzyiq jesti gözləyir. 
 
Qəzetin yazdığına görə, hazırda Çempionlar Liqasında yarışan Serbiyanın "Srvena Zvezda" klubu da Juninyonu heyətinə cəlb etmək istəyir. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31