16 Aprel 2026, Cümə axşamı
Hacı Əliyev mayor rütbəsi aldı
ÇL: PSJ və "Atletiko" yarımfinalda
Yığmamız Andorraya qalib gəldi
Millimizdən biabırçı məğlubiyyət

Xarici futbol

Kloze: "Mahirin sərt xasiyyəti var

Almaniyanın "Nürnberq" klubunun baş məşqçisi Miroslav Kloze komandasının hücumçusu Mahir Emreli barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, "Bild" qəzeti yazır ki, bu mövsüm aktivində 3 qolu və 1 qol ötürməsi olan Emreli bu nəticəyə görə komanda yoldaşı Tsimasdan (6 qol, 1 qol ötürməsi) geri qalsa da, meydandan kənarda əsas liderlərdən birinə çevrilir.

46 yaşlı mütəxəssis Kloze Mahirin emosionallığı haqda danışarkən bildirib: "Mahirin sərt xasiyyəti var. O, oyun zamanı ona xoş olmayan nəsə baş verərsə, bəzən əsəbiləşə bilər".

Qəzetin yazdığına görə, ümumən Kloze Mahirdəki inkişafdan çox razıdır: "Xoş və müsbət haldır ki, o, derbidəki kimi bloklar edərkən bundan öyünməyə başlayır. Mən onun formasının aydın şəkildə yaxşılaşdığını görürəm".

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30