14 May 2026, Cümə axşamı
"Sabah" kuboku da qazandı
“Neftçi”dən ardıcıl üçüncü çempionluq
Yuri Vernidubdan qələbə şərhi
Berdiyev: “Heyət güclənməlidir”

Xarici futbol

Avstriya Futbol Assosiasiyasında istefa

Avstriya Futbol Assosiasiyasının (ÖFB) prezidenti Klaus Mitterdorfer istefa verib.
 
Futbolxeber.az saytının məlumatına görə,  bu barədə o özü bildirib.
 
Avstriya millisi Millətlər Liqasının 2024-25 mövsümündə B Liqasının 3-cü qrupunda ikinci yeri tutub. K.Mitterdorfer isə ölkə futbolunun onun rəhbərliyi altında uğur qazanmadığını düşünərək belə bir addım atıb: 
 
“Həmişə böyük mənzərəni görməyə, futbolun maraqlarına uyğun konstruktiv hərəkət etməyə və dəyərlərimə uyğun birləşdirici qüvvə olmağa çalışmışam. Sonuncunu edə bilmədim və buna görə nəticələr çıxarmağın, hesablaşmağın vaxtı gəldi. Ümid edirəm ki, Avstriya futbolunu gücləndirəcək, müsbət dəyişikliklər gətirəcək və onun inkişafına töhfə verəcək bir şeyi geridə qoya bilmişəm”.
 
Qeyd edək ki, Klaus Mitterdorfer 2023-cü ilin yayından bu vəzifədə işləyirdi.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31