4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Xarici futbol

"Ayaks" Bakıya qələbə ilə gəlir

UEFA Avropa Liqasının 3-cü turunda “Qarabağ”la qarşılaşacaq “Ayaks” bu gün Niderland çempionatında növbəti matça çıxıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Amsterdam təmsilçisi 9-cu turda “Herakles”in qonağı olub. 7 qolun vurulduğu matç “Ayaks”ın 4:3 hesablı qələbəsi ilə başa çatıb.
 
“Herakles” - “Ayaks” - 3:4
Qollar: Kulenoviç, 12 (1:0), Klassen, 25 (1:1), Engels, 28 (2:1), Traore, 34 (2:2), Veqhorst, 63 (2:3), Kulenoviç, 76 (3:3), Veqhorst, 82-pen. (3:4)
 
Bu qələbə sayəsində “Ayaks” xalını 16-ya çatdırmaqla (7 oyundan sonra) 3-cü yerə yüksəlib. Lider PSV-nin 9 oyundan 27 xalı var. 
 
Qeyd edək ki, “Qarabağ”la “Ayaks” arasında Avroliqanın 3-cü turunun matçı oktyabrın 24-ü Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31