4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Xarici futbol

UEFA "Başakşehir"i cəzalandırıb

UEFA Türkiyənin "Başakşehir" klubunu cəzalandırıb.
 
Futbolxeber.az saytının məlumatına görə, UEFA Konfrans Liqasının Liqa mərhələsinin 2-ci turunun "Rapid"lə ev oyununda yaşananlar buna səbəb olub. 
 
Sözügedən matçda "Başakşehir"in azarkeşləri meydana yad əşyalar atıblar. UEFA Superliqa təmsilçisini 8 min avro məbləğində cərimələyib. Həmçinin kluba Konfrans Liqasındakı növbəti ev oyununda tribunanın bir hissəsinin bağlanılması cəzası verilib.
 
Bu cəza "Başakşehir Fatih Terim" stadionunun Qərb bölgəsinin B blokunu əhatə edəcək. Bu sektora azarkeş buraxılmayacaq.
 
Qeyd edək ki, "Başakşehir" "Rapid"lə matçda 1:2 hesabı ilə uduzmuşdu. Komanda növbəti ev oyununu noyabrın 27-də "Petrokub"a qarşı keçirəcək.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31