4 Avqust 2026, Çərşənbə axşamı
Şeydayevin yeni klubu müəyyənləşdi
“Sumqayıt”da braziliyalı hücumçu
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı

Xarici futbol

"Qarabağ"ın rəqibinin futbolçusu "Trabzonspor"a keçə bilər

Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Ayaks"ın futbolçusu Steven Berqyoys qışda komandadan ayrıla bilər.

 
Futbolxeber.az saytının məlumatına görə, niderlandlı vingerin karyerasını Türkiyədə davam etdirmək ehtimalı var. Bu barədə "Sabah" nəşri məlumat yayıb.
 
Super Liqa təmsilçisi yanvar ayında 32 yaşlı ön xətt oyunçusu üçün "Ayaks"a təklif göndərəcək. Amsterdam təmsilçisi müqaviləsi gələn ilin yayında başa çatan təcrübəli futbolçu üçün yüksək təzminat tələb etməyəcək.
 
"Ayaks" Steven Berqyoysu 2021-ci ilin yayında "Feyenoord"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm "ağ-qırmızılar"ın heyətində meydana çıxdığı 7 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Qeyd edək ki, "Qarabağ" "Ayaks"la oktyabrın 24-də Bakıda qarşılaşacaq. 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:45-də başlayacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31