10 Avqust 2026, Bazar ertəsi
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Xarici futbol

Santuş Bakıda keçmiş futbolçusu ilə görüşüb

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş Bakıda Serbiyanın U-21 millisinin baş məşqçisi Lyubinko Druloviçlə görüşüb.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə Serbiya Futbol Federasiyasının yaydığı açıqlamada bildirilib.
 
Druloviç 1998-2001-ci illərdə Fernandu Santuşun rəhbərliyi altında "Portu"da oynayıb. Druloviçin rəhbərlik etdiyi U-21 millisi iki gün öncə Bakıda Azərbaycanın U-21 millisi ilə qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb.
 
Məlumatda bildirilib ki, görüşdə futbol mövzuları müzakirə olunub. Santuş Azərbaycan paytaxtındakı yaxşı oyun və qələbəyə görə Serbiya komandasını təbrik edib. Serb məşqçilər isə Santuşa Azərbaycan millisi ilə Millətlər Liqasında qarşıdakı oyunlarda uğurlar arzulayıblar.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31