1 Oktyabr 2026, Cümə axşamı
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Xarici futbol

“İnter” “Brügge”nin hücumçusu ilə güclənir

“İnter” növbəti transferini reallaşdırır.

Futbolxeber.az saytının “Calciomercato”ya istinadən verdiyi məlumata görə, Milan klubu “Brügge”nin hücumçusu Teydjon Byukeneni heyətinə qatır.

Kanadalı futbolçunun keçidi “İnter”ə 12 milyon avroya başa gələcək. Teydjon Byukenen özü isə yeni iş yerində 1,5 milyon avro qazanacaq. O, 4,5 illik müqaviləyə imza atacaq.

Qeyd edək ki, Byukenen “Brügge”də 2022-ci ilin fevralından çıxış edir. 24 yaşlı forvard 2023/24 mövsümündə 20 matçda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31