25 Mart 2026, Çərşənbə
"Neftçi" məşqləri bərpa etdi
Millimiz Bolqarıstanla heç-heçə etdi
“Qarabağ”a qarşı namərdlik
Cavadovdan “Dinamo”ya dəstək

Xarici futbol

Neymar “Barselona”ya qayıdır - illik maaşı da məlumdu

Neymar PSJ-dən ayrılmağa yaxındı.

Futbolxeber.az saytının “El Chiringuito”ya istinadən verdiyi məlumata görə, braziliyalı hücumçu sabiq klubu “Barselona”ya qayıtmaq üzrədi.

31 yaşlı futbolçu artıq Kataloniya klubu ilə şəxsi müqaviləsinin detallarını razılaşdırıb. Neymar köhnə-yeni komandası ilə “2+1” il müddətinə sözləşmə imzalayacaq. Onun illik maaşı 13 milyon avro olacaq. Halbuki braziliyalının PSJ-də ildə 56 milyon avro qazandığı (vergilər daxil) iddia olunur.

Xatırladaq ki, Neymar PSJ-yə 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan keçib. O, Paris klubunun heyətində 173 matçda 118 qol vurub, 77 məhsuldar ötürmə müəllifi olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31