2 Oktyabr 2026, Cümə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Xarici futbol

Fabreqas karyerasını başa vurdu: “Bu, unudulmaz səyahət idi”

İspaniya millisinin sabiq üzvü Sesk Fabreqas futbolçu karyerasını başa vurub.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə veteran yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.

Fabreqas demək olar ki, mümkün olar bütün titulları qazandığını bildirib:

“Böyük kədər hissi ilə bildirirəm ki, artıq butsularımı mismardan asmaq vaxtıdı. Mən karyeramdakı hər günü qiymətləndirirəm. “Barselona”dan başladım, sonra “Arsenal”, ardınca yenidən “Barselona”ya qayıtdım, daha sonra “Çelsi”, “Monako” və nəhayət “Komo”.

Dünya və Avropa çempionu oldum, İngiltərə və İspaniya çempionatlarında qızıl medal qazandım. Mən demək olar ki, bütün Avropa turnirlərinin qalibi oldum. Bu, unudulmaz səyahət idi”.

36 yaşlı futbolçu bildirib ki, karyerasını başa vurduğu “Komo”da məşqçiliyə başlayacaq. O, İtaliya B seriyasında çıxış edən klubun gənclər komandasında çalışacaq.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31