4 May 2026, Bazar ertəsi
Rəşad Sadıqovdan qələbə şərhi
Sxadadze: “Bəsit qol buraxdıq”
“Zirə" "Qəbələ"yə qalib gəldi
"Sumqayıt"dan hakimlərə etiraz

Xarici futbol

Emreli "Dinamo"nun düşərgəsinə nə vaxt qoşulacaq?

Millimizin üzvü Mahir Emrelinin "Dinamo"nun yay təlim-məşq toplanışına qoşulacağı tarix müəyyənləşib.

Futbolxeber.az-ın index.hr saytına istinadən verdiyi məlumata görə, 25 yaşlı hücumçu iyunun 25-də Xorvatiya təmsilçisinin düşərgəsində olacaq.

"Dinamo" bu gün yay təlim-məşq toplanışına başlayıb. M.Emreli millimizin Avro-2024-ün seçmə mərhələsində iyunun 17-də keçirilən Estoniya ilə oyunu ilə əlaqədar Zaqreb klubunun bazasına iyunun 25-də qayıdacaq.

Qeyd edək ki, komandanın baş məşqçisi İqor Bişçan Mahir də daxil olmaqla bəzi futbolçuların yay təlim-məşq toplanışındakı çalışmalarına diqqət yetirəcək. Bundan sonra klub onları icarəyə göndərib-göndərməyəcəyinə qərar verəcək.

Xatırladaq ki, M.Emreli bu ilin fevral ayından mövsümün sonunadək icarə əsasında “Konyaspor”da oynayıb. Onun Zaqreb təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Əlavə edək ki, "Dinamo" iyulun 7-də Sloveniyaya gedəcək. Komanda orada "Koper" (Sloveniya), ÇSKA (Bolqarıstan) və hələ adı açıqlanmayan daha bir klubla yoxlama oyunu keçirəcək.

Futbolxeber.az-ın teleqram kanalına abunə olun 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31