17 Oktyabr 2026, Şənbə
Millimiz Çexiyaya məğlub oldu
Kandido: “Qələbəyə layiq idik”
Maksimov məğlubiyyəti şərh etdi
"Şamaxı" və "Sumqayıt"dan qələbə

Xarici futbol

Montella “Adana Demirspor”dan ayrıldı

Vinçentso Montella “Adana Demirspor”un baş məşqçi vəzifəsindən ayrılıb.

Futbolxeber.az saytının “A Spor”a istinadən verdiyi məlumata görə, klub prezidenti Murat Sançak bildirib ki, italiyalı mütəxəssis öz istəyi ilə vəzifəsini tərk edib:

“Montella çox gözəl insandı. Mən onu çox sevirəm. Düzdür, bəzən aramızda fikir ayrılıqları yaranırdı. Lakin bu, təbii haldı. Biz Montellaya təklif irəli sürsək də, o, getmək qərarına gəldi. Düşünmürəm ki, bu gediş “Fənərbaxça” ilə əlaqəlidi. Daha əvvəl “Trabzonspor”un da onunla maraqlandığı barədə xəbərlər yayılmışdı. Hər iki klubun rəhbərləri bizim dostlarımızdı. Düşünmürəm ki, onlar bizə qarşı belə hərəkət edərlər”.

Qeyd edək ki, son günlər Montellanın “Fənərbaxça”nı çalışdıracağı barədə xəbərlər yayılıb.

Əlavə edək ki, Vinçentso Montella 2021-ci ilin payızından “Adana Demirspor”a rəhbərlik edirdi. Son mövsümdə komanda Superliqanı 4-cü pillədə başa vurub və UEFA Konfrans Liqasına vəsiqə qazanıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31