9 May 2026, Şənbə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Xarici futbol

Bakıda keçiriləcək Dünya Kubokunun biletləri satışda

Yubiley ilini uğurla başa vuran Azərbaycan Gimnastika Federasiyası bu ilin fevral ayından etibarən yenidən yerli və beynəlxalq yarışlar mövsümünə start verir.

Futbolxeber.az saytının məlumatına görə, federasiyanın təşkil edəcəyi ilk yarış fevralın 18 və 19-da Milli Gimnastika Arenasında keçiriləcək batut gimnastikası üzrə Dünya Kuboku olacaq.

Artıq yarışın biletləri satışa çıxarılıb. Dünya Kubokunu canlı izləmək istəyən idman həvəskarları biletləri onlayn qaydada https://iticket.az/ saytından və şəhərin kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti təsnifat yarışlarına 7, final mərhələlərinə isə 10 manat təşkil edir.

Qeyd edək ki, böyüklər arasında təşkil olunacaq yarışda Azərbaycanla yanaşı, 16 ölkədən 63 gimnastın fərdi və sinxron proqramda çıxışı gözlənilir. Ölkəmizi bu yarışda ötən il Bakıda təşkil olunan Dünya Kubokunun gümüş mükafatçısı Selcan Mahsudova təmsil edəcək

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31