10 Avqust 2026, Bazar ertəsi
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı

Xarici futbol

"Ehtimal edilir ki, Mahir Emreli yol üstədir"

Azərbaycan millisinin hücumçusu Mahir Emreli bu qış "Dinamo"nu (Zaqreb) tərk edə bilər.

Futbolxeber.az saytının Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, qış transfer pəncərəsi zamanı Zaqreb klubundan gedişatı mümkün olan futbolçular haqda yazılıb. 

"Brunu Petkoviç DÇ-2022-də özünü yaxşı tərəfdən göstərə bildi. Əgər o, "Dinamo"da qalsa, onun keçirdiyi matçların sayını nəzərə aslaq,  şübhəsiz ki, əsas heyətin əvəzedilməz oyunçusu kimi qalacaq.  Ehtimal edilir ki, Mahir Emreli yol üstədir. Əslində isə azərbaycanlı hücumçunun nəyə qadir olduğunu göstərmək üçün imkanı olmadı", - deyə yazıda qeyd olunub.

Xatırladaq ki, M.Emreli bu ilin fevralında "Legiya"dan (Polşa) "Dinamo"ya transfer olunub. O, Xorvatiya klubunda 20 rəsmi oyun keçirib və 5 qol vurub.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31