10 Avqust 2026, Bazar ertəsi
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı

Xarici futbol

Regekampfın Rumıniya klubuna keçməməsinin səbəbi müəyyənləşdi

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampfın Rumıniya klubu “Universitatya Krayova”ya keçməməsinin səbəbi bəlli olub.

Futbolxeber.az saytının Rumıniya mətbuatına istinadən verdiyi məlumata görə, “Universitatya Krayova” rəhbərliyi Azərbaycan təmsilçisinin təzminat tələbini müsbət cavablandırmayıb.

47 yaşlı mütəxəssisin “ağ-qaralar”la müqaviləsi davam etdiyindən, “Neftçi” qarşı tərəfdən 150 min avro təzminat haqqı istəyib. Bu üzdən “Universitatya Krayova”nın maliyyə dəstəkçisi Mixai Rotaru geri addım atmalı olub.

Qeyd edək ki, Laurentsiu Regekampfın “Neftçi” ilə sözləşməsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31