1 Noyabr 2025, Şənbə
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Qarabağ" "İmişli"yə qarşı
"Kəpəz" 10 min manat cərimələndi

Xarici futbol

Çerçesov yenidən "Qarabağ"la oyunları xatırladı

"Ferentsvaroş"un (Macarıstan) baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"a uduzaraq (1:1, 1:3) mübarizəni dayandırmaları barədə növbəti dəfə danışıb. 

Futbolxeber.az saytının məlumatına görə, Rusiya mətbuatına müsahibəsində təcrübəli mütəxəssis Ağdam təmsilçisinin daha yaxşı oyun nümayiş etdirdiyini deyib:

"Qarabağ" çox güclü komandadır, 8 ildir avrokubokların qrup mərhələsində mübarizə aparır. "Qarabağ"ın ötən mövsüm Konfrans Liqasında pley-offa çıxması, bu il isə "Sürix"ə qalib gəlməsi təsadüf deyildi. Təsnifat mərhələsindən qrupa vəsiqə qazanmaq üçün 8 oyun keçirirsən. Bəzən bir səhv hər şeyin üstündən xətt çəkir. 

Ev oyununa yaxşı başlamamışdıq. Öz səhvlərimizdən qollar buraxdıq. Bundan sonra geridönüş etmək çətin idi. "Qarabağ"  əks-hücumlarda əla oynayır. Ön xətdə sürətli oyunçuları var. Hətta evdəki görüşdə bizə 2 qol vuran futbolçusu (İbrahima Vadji - red.) Fransa klubuna keçdi. Düzdür, həmin oyunda 2 aparıcı mərkəz müdafiəçimiz iştirak etmirdi. Təbii ki, bunlar bəhanə olmamalıdır. Bir sözlə, cavab matçında rəqib bizdən yaxşı oynadı, səhvlərimizdən istifadə etdi, mərhələni keçdi".








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30