30 May 2026, Şənbə
“Qrup lideri olmaq niyyətindəyik”
Millimiz İtaliyanı məğlub etdi
Kaxaber Sxadadzedən qələbə şərhi
“Qəbələ” “Mingəçevir”ə qalib gəldi

Xarici futbol

Berdıyev Abışova şans vermədi

Rusiya Premyer Liqasında 11-ci turun oyunları keçirilir. Futbolxeber.az-ın məlumatına görə, millimizin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi "Rubin" səfərdə "Krasnodar"ın qonağı olub. Oyuna ehtiyat oyunçular skamyasından başlayan Ruslan sona kimi meydana daxil olmayıb. Kazan klubunun baş məşqçisi Kurban Berdıyev hər 3 əvəzetmədən istifadə etsə də, Abışovu meydana buraxmağı lazım bilməyib. Matç isə "Rubin"in 0:1 hesablı yenilgisi ilə başa çatıb. "Krasnodar" 29-cu dəqiqədən meydanda azlıqda qalsa da, sona kimi qapısının toxunulmazlığını qoruyub.

11 oyundan sonra "Rubin"in aktivində cəmi 2 qələbə və 13 xal var. Kazan klubu hazırda 11-ci pillədə qərarlaşıb. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31