29 Sentyabr 2026, Çərşənbə axşamı
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də

Xarici futbol

"Qalatasaray"la oyun "Qəbələ" ilə görüş üçün əla sınaq idi"

"Təlim-məşq toplanışında keçirdiyimiz yoxlama oyunlarının içərisində ən çox razı qaldığım bu görüş oldu. Daha çox qol vura bilərdik. Əsas odur ki, qalib gəldik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan Macarıstanın "Fehervar"ın baş məşqçisi Mixael Boris "Qalatasaray" qalib gəldikləri (1:0) yoxlama oyunu ilə bağlı danışarkən deyib.

47 yaşlı mütəxəssis klubun rəsmi saytına açıqlamasında bundan sonra “Qəbələ” ilə görüş haqda düşünəcəklərini bildirib: "Beynimdə start heyəti formalaşdırmağa başlamışam. Hətta əvəzedicilərə də çox ehtiyacımız olacaq. Hazırlıq prosesini planlaşdırılandan bir gün əvvəl başa vururuq. Çünki oyunçuların bir az istirahətə ehtiyacı var".

Qeyd edək ki, "Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30