10 Avqust 2026, Bazar ertəsi
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Xarici futbol

Mahir Emreli: "Qol vursam da..."

Zaqreb "Dinamo"sunda çıxış edən Mahir Emreli "Nafta" (Sloveniya) ilə yoxlama matçından (3:0) sonra fikirlərini bölüşüb.

Futbolxeber.az saytının məlumatına görə, millimizin hücumçusu klubun mətbuat xidmətinə açıqlamasında bildirib ki, qol vursa da, istədiyi kimi oynaya bilməyib:

"Ötən il hazırlığı qaçırmışdım. Mənim üçün çətin idi, amma indi özümü yaxşı hiss edirəm. Yaxşı oynadıq. Özümdən daha çox şey gözləyirəm.

Qol vursam da, istədiyim kimi oynaya bilmədim. Səhər məşqə çıxmışdıq, asan olmadı. İnanıram ki, ilk rəsmi oyuna kimi formada olacağıq".

Xatırladaq ki, Mahir bu oyunda komandasının 3-cü qolunun müəllifi olub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31