5 Noyabr 2025, Çərşənbə
Ayın qolunun qalibi mükafatlandırıldı
"3 xala çox ehtiyacımız var”
Sadıq Sadıqov vəzifəsindən getdi
Abubakar son 6 ilin ilkinə imza atdı

Xarici futbol

"Bazel"in baş məşqçisi: “Bu rəqiblərlə azarkeş yığa bilməyəcəyik”

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İsveçrə "Bazel"inin baş məşqçisi Patrik Rahmen püşkü dəyərləndirib.

Futbolxeber.az saytının məlumatına görə, o, püşkdən narazı qaldığını söyləyib. 52 yaşlı mütəxəssis qrupdakı ev oyunlarda stadiona maksimum sayda azarkeş yığa bilməyəcəklərini bildirib:

"Daha güclü və daha maraqlı rəqiblər gözləyirdik. Bu rəqiblərlə ev oyunları zamanı azarkeş yığa bilməyəcəyik. Rəqiblər azarkeşlərimizin marağına səbəb olacaq komandalar bunlar deyil. Bundan başqa, uzun səyahətlərdən sonra çempionatda vacib oyunlara çıxmalı olacağıq. Ancaq bu qrup növbəti mərhələyə yüksəlmək üçün yaxşı şansdır".

Qeyd edək ki, "Qarabağ" H qrupunda "Bazel"lə yanaşı, Kiprin "Omoniya" və Qazaxıstanın "Kayrat" klubları ilə mübarizə aparacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30