7 Noyabr 2026, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”

“Qarabağ”ın hücumçusu Musa Qurbanlı Azərbaycan Premyer Liqasının XI turunda “Turan Tovuz”a qarşı keçirilən oyundan (0:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolxeber.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

 

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Əlbəttə, təəssüflənirik. Məqsədimiz qələbə qazanmaq idi. Düzdür, asan olmayacağını bilirdik. Çünki “Turan Tovuz” son zamanlar yaxşı formadadır. “Zirə” və “Sabah”a qalib gəlmişdilər, “Neftçi” ilə heç-heçə oynamışdılar. Yəni bizi çətin oyun gözləyirdi. Buna baxmayaraq, qələbə qazanacağımıza inanırdıq. Təəssüf ki, alınmadı.

- “Qarabağ” artıq 3 oyundur qol vura bilmir. Bunun səbəbi nədir?

- Səbəbi dəqiq deyə bilmərəm. Qol vura bilmiriksə, deməli, nələrsə çatışmır. Məşqçilər oyunları analiz edirlər. İnanıram ki, növbəti matçlarda fərqlənə biləcəyik.  

- Son zamanlar az oynayırsınız...

- Mən həmişə üzərimdə çalışıram. Məşqlərdə əlimdən gələni edirəm.

- “Qarabağ”ın hədəfləri dəyişməyib?

- Xeyr, hədəfimiz çempionluqdur. Düzdür, son xal itkiləri ilə işimizi çətinə saldıq. Lakin sonuna qədər döyüşəcəyik, məqsədimizdən əl çəkməyəcəyik.

- Ümumiyyətlə, uğursuzluğun səbəbini konkret nədə görürsünüz?

- Əvvəldən çempionatın gərgin keçəcəyi bəlli idi. İddialıların sayı artıb. Rəqiblər güclüdür. Buna baxmayaraq, çalışacağıq vəziyyətdən çıxaq.

- Növbəti turda səfərdə “Kəpəz”in qonağı olacaqsınız. Həmin matçdan gözləntiləriniz?

- Məqsədimiz qələbədir. Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir. Futbolda belə hallar olur, bəzən nələrsə çatışmır. İnanıram ki, növbəti oyunlarda istəyimizə çatacağıq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30