8 Noyabr 2026, Bazar günü
Sadıqov: "Önəmli 3 xal qazandıq"
Yeton Bekiri: “Zamanımız var"
“Zirə” “Qəbələ”yə qalib gəldi
U-21 millimizin heyəti açıqlandı

Ölkə futbolu

Yeton Bekiri: “Zamanımız var"

"Qəbələ" Azərbaycan Premyer Liqasının XI turunda səfərdə "Zirə"yə 1:2 hesabı ilə uduzub.

Futbolxeber.az saytının məlumatına görə, "qırmızı-qaralar"ın baş məşqçisi Yeton Bekiri matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyunun böyük hissəsi bizim üçün yaxşı keçdi. Son 20 dəqiqədə fiziki baxımdan çatdıra bilmədik. 89-cu dəqiqədə qol buraxmaq istənilən məşqçini pis hiss etdirir. Qolu vuran futbolçunun yanında 5 oyunçumuz var idi. Ona mane ola bilmədilər. Amma bu, futboldur, belə şeylər olur.

- Hücum xəttində yer alan futbolçular son məqamda düzgün qərar verə bilmirlər. Bunun səbəbi nədir?

- Hücumda çatışmazlıqların olması ilə razıyam. Qolları elə də asanlıqla vurmuruq. Nələrisə dəyişmək üçün zamanımız var.

- Eşqin Əhmədov ilk dəfə milli komandaya dəvət aldı. Onun milliyə çağırılmasında sizin nə qədər payınız var?

- Eşqini təbrik edirəm. O, keyfiyyətli futbolçudur. Uzun zamandır bu klubda çıxış edir. Onun bu səviyyəyə gəlib çatmasında bir çox məşqçinin rolu olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30