8 Noyabr 2026, Bazar günü
Sadıqov: "Önəmli 3 xal qazandıq"
Yeton Bekiri: “Zamanımız var"
“Zirə” “Qəbələ”yə qalib gəldi
U-21 millimizin heyəti açıqlandı

Ölkə futbolu

Sadıqov: "Önəmli 3 xal qazandıq"

"Zirə" Azərbaycan Premyer Liqasının XI turunda doğma meydanda "Qəbələ"ni 2:1 hesabı ilə məğlub edib.

Futbolxeber.az saytının məlumatına görə, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyuna olduqca yaxşı başladıq, erkən qol vurduq. Qoldan sonra üstünlük rəqibin tərəfinə keçdi. Birinci hissənin sonuna qədər aqressiv pressinq tətbiq edirdilər. Buna görə ilk yarıda oyunumuz alınmırdı. Fasilədən sonra oyun dəyişdi və tədricən üstünlük bizə keçdi. 60-cı dəqiqədən sonra meydanda istədiyim "Zirə"ni görürdüm. Çoxsaylı hücumlar edirdik. Amma rəqibin müdafiəsini yarmaq asan deyildi. Yeton Bekirinin gəlişindən sonra "Qəbələ"də irəliləyiş var. Bilirdik ki, bu gün oyun bizim üçün ağır keçəcək. Davit Volkovun yaxşı epizodu oldu. Sonda Vierinya - Kris Diqbeu kombinasiyası ilə müdafiəni yarıb qol vura bildik. Önəmli 3 xal qazandıq.

- Elçin Əlicanovun start heyətində başlaması və Vierinya ilə Kris Diqbeunun sonradan meydana daxil olmasını əvvəldən planlaşdırmışdız?

- Bəli. Oyuna 4-2-3-1 sistemi ilə hazırlaşırdıq. Əsas heyətdə İsmayıl İbrahimli ilə İssa Cibrilla başlamalı idi. Amma iki gün öncə hər ikisi zədələndi. Məcburiyyətdən beşli sistemə keçdik. Düşündük ki, oyunun ikinci hissəsi önəmli olacaq. Ona görə də Krislə Vierinyanı ikinci yarıya saxladıq. Belə şeyləri düşünürük. Amma yüz faiz zəmanət yoxdur ki, effektli alınacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30