14 Sentyabr 2025, Bazar günü
Kurban Berdıyevdən qələbə şərhi
"Turan Tovuz" "Qəbələ"yə qalib gəldi
“Neftçi”nin heyətində iki itki
“Mövzuya bir daha qayıtmayacağam”

Xarici futbol

"Keşlə"nin rəqibi braziliyalı müdafiəçi ilə gücləndi

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Keşlə"nin rəqibi olan Rusiyanın "Soçi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolxeber.az saytının məlumatına görə, braziliyalı müdafiəçi Rodriqao transfer edilib.

25 yaşlı mərkəz müdafiəçisi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb. O, son iki mövsümü Portuqaliyanın "Jil Visente" klubunda keçirib.

"Soçi" bundan əvvəl xorvatiyalı müdafiəçi Mateo Baraçı da heyətinə cəlb edib.

Xatırladaq ki, "Keşlə" "Soçi" ilə ilk oyununu iyulun 22-i səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30