17 Dekabr 2025, Çərşənbə
Vernidub: "Mən sehrbaz deyiləm”
"Neftçi" qələbəni əldən verdi
AFFA klubları soyur! - ARAŞDIRMA
Qurbanov: “Çox vacib qalibiyyət idi”

Xarici futbol

Şenol Güneş: "Türkiyəni və qardaş ölkə Azərbaycanı xoşbəxt etməliyik"

"Rəqiblərimizin oyunları istədiyimiz kimi başa çatdı. Amma qrupdakı mövqeyimizdə dəyişiklik olmadı. Bəlkə də bizə 4 xal kifayət edəcək".
 
Futbolxeber.az saytının "Milliyet"ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020 haqda futbolçularla danışarkən deyib.
 
Türk mütəxəssis Uels - İsveçrə oyununun (1:1) heç-heçə ilə başa çatmasından sonra futbolçularda  xəbərdarlıq edib və onlara arxayınlaşmamalı olduğunu bildirib. Günəş oyunçulara söyləyib ki, hədəfləri digər iki oyunda qələbə qazanaraq qrupdan çıxmaqdır: "Bütün Türkiyəni və qardaş ölkə Azərbaycanı xoşbəxt etməliyik. Son iki görüşdə sizə yaraşanı edəcəyinizə inanıram".
 
Qeyd edək ki, Avro-2020-nin açılış matçında Romada İtaliyaya 0:3 hesabı ilə uduzan Türkiyə yığması iyunun 16-da Bakı Olimpiya Stadionunda Uelslə, 4 gün sonra isə İsveçrə ilə qarşılaşacaq.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Dekabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31