3 Noyabr 2026, Çərşənbə axşamı
Kandido: “Nəticə ilə barışmalıyıq”
"Sumqayıt" autsayderlə heç-heçə etdi
“Neftçi” liderliyi ələ keçirdi
Yuri Vernidubdan qələbə şərhi

Xarici futbol

Hamit Altıntop: “Bakıdakı qardaşlarımızla qrupdan çıxmaq istəyirik”

Türkiyə millisinin sabiq futbolçusu Hamit Altıntop ölkəsinin mətbuatına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin üzvü yığma komandanın Avro-2020-dəki şanslarını dəyərləndirib:

"Yaxşı qrupa düşmüşük. Açılış oyununda meydana çıxmaq mənalıdır. Bu, reklam baxımından da önəmlidir və əlavə motivasiya verə bilər. Bakıdakı qardaşlarımızla qrupdan çıxmaq istəyirik. Komandanın irəliləməsi çox önəmlidir. 6 qrupdan 3-cü yeri tutan komandalardan 3-ü növbəti mərhələyə adlayacaq. Kağız üzərində olduğu kimi, inşallah, qrupdan çıxarıq".

Xatırladaq ki, Türkiyə millisi Avro-2020-nin qrup mərhələsi çərçivəsində iki oyununu Bakıda keçirəcək. Komanda iyunun 17-si Uels, iyunun 21-də isə İsveçrə ilə qarşılaşacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30