27 Oktyabr 2026, Çərşənbə axşamı
Millimiz qrupda üçüncü oldu
Samuel Eto`O Azərbaycana gəlib
Rəşad Sadıqov üçün yubiley
Millimiz Avstraliyaya uduzdu

Xarici futbol

Türkiyə millisinin üzvü: “Bakı bizim ikinci evimiz kimidir”

“Yaxşı qrupa düşmüşük. Açılış matçını oynamağımız da gözəl bir şeydir.  İtaliya ilə qarşılaşacağıq. Çox böyük ölkədir və turnirlərdə həmişə yaxşı olan komandaları var. Amma açılış matçında hər şey ola bilər. Çünki ilk oyun və turnirin həyəcanı olur. Bunun bizim üçün üstünlük olması mümkündür. Digər rəqiblərimiz də güclüdür, hamısına hörmətlə yanaşmaq lazımdır".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Türkiyə millisinin futbolçusu Kenan Karaman Avro-2020 ilə bağlı “Anadolu Agentliyi”nə müsahibəsində deyib.

O, Avro-2020-nin qrup mərhələsinin 2 oyunun Bakıda keçirilməsi haqda da danışıb: “Bakıda oynamağımız türk xalqı üçün çox gözəl hadisədir. Ora bizim ikinci evimiz kimidir. Çoxlu sayda azarkeşimiz olacaq. Bu, bizi motivasiya edə bilər. Ona görə də qrup matçlarını çox pozitiv görürəm. Bu qrupdan çıxacağımıza inanıram".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31