26 Sentyabr 2026, Şənbə
Rafael Utsiq yenidən “Qəbələ”də
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
“Şahdağ Qusar”dan 8 qollu qələbə
“Neftçi” Cavadovu təbrik etdi

Xarici futbol

Libertadores kubokunu “River Pleyt” qazandı

Libertadores kubokunun qalibi bəlli olub.
 
Futbolxeber.az saytının məlumatına görə, Madriddə keçirilən final qarşılaşmasının cavab matçında “River Pleyt”lə “Boka Xuniors” üz-üzə gəlib.
 
İlk görüşü 2:2 hesabı ilə başa çatan Argentina klublarının cavab qarşılaşmasının əsas vaxtında qalib müəyyənləşməyib – 1:1.
 
Əlavə olunmuş dəqiqələrdə “River Pleyt” daha iki qol vuraraq 3:1 hesabı ilə qalib gəlib və kuboka sahib olub.
 
Əzəli rəqiblərin cavab görüşü noyabrın 24-də Argentinada keçirilməli olsa da, azarkeşlərin "Boka Xuniors" futbolçularını daşıyan avtobusa hücum etməsi ilə əlaqədar təxirə salınıb və matçın neytral meydanda olmasına qərar verilib.
 
 
9 dekabr
 
Libertadores kuboku, final
 
“River Pleyt” (Argentina) – “Boka Xuniors” (Argentina) – 3:1 
Qollar: Pratto, 68, Kintero, 109, Martinez, 120+2 – Benedetto, 44







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30