9 May 2026, Şənbə
"Zirə" Qubada vacib 2 xal itirdi
PFL-in çempionluq sevinci
Ninkoviçin qolu ayın ən yaxşısı seçildi
Ronaldo 971-ci qolunu vurdu

Xarici futbol

"Qəbələ"nin sabiq çalışdırıcısı kitab yazacaq

“Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin “Lokomotiv. Kürsüyə qayıdış” kitabının təqdimatı olacaq. Futbolxeber.az saytının məlumatına görə, mərasim noyabrın 8-də Rusiyanın paytaxtı Moskvadakı “Oxu-şəhər” mağazasında baş tutacaq.
 
Hazırda “Lokomotiv”ə rəhbərlik edən 71 yaşlı mütəxəssis tədbirdə həyatı və futbol karyerası barədə danışacaq, sualları cavablandırıb, avtoqraf verəcək.
 
“Lokomotiv” 2017/2018 mövsümündə Rusiya Premyer Liqasının qalibi olub. Y.Syominin baş məşqçisi olduğu kollektiv 14 ildən sonra bu uğuru təkrarlaya bilib.
 
Rusiyalı mütəxəssis 2013/2014 mövsümündə “Qəbələ”də çalışıb və Azərbaycan çempionatının bürünc medalını qazanmaqla yanaşı, ölkə kubokunun finalçısı olub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31