5 Aprel 2025, Şənbə
Millimizin heyəti açıqlandı
Millimiz FİFA reytinqində gerilədi
Samir Abasov: “İnam 100 faiz var”
Elmar Baxşıyevdən qələbə şərhi

Xarici futbol

Millinin sabiq üzvü karyerasını başa vurdu

Argentina yığmasının sabiq müdafiəçisi Nikolas Burdisso futbolçu karyerasını başa vurub.
 
Futbolxeber.az saytının məlumatına görə, o, bu barədə qərarını “İnstaqram” hesabı vasitəsilə açıqlayıb:
 
“Futbolçu karyeramı başa vurmağın zamanı yetişdi. Bu səyahət müddətində məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm”.
 
Hazırda 37 yaşı olan argentinalı futbolçu peşəkar karyerasına 1999-cu ildə yetirməsi olduğu “Boka Xuniors”da başlayıb. 2004-cü ildə o, "İnter”ə transfer olunub.
 
Milan təmsilçisinin heyətində keçirdiyi 5 ildə 4 dəfə İtaliya çempionu olan müdafiəçi 2009-cu ildə “Roma”ya transfer olunub. 5 il də paytaxt təmsilçisinin uğurları üçün çalışan Burdisso 2014-də “Cenoa”ya üz tutub.
 
Nikolasın son iş yeri 2017/18 mövsümündə şərəfini qoruduğu “Torino” olub. Argentina yığmasında 49 oyun keçirən Burdisso 2 qola imza atıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30