3 Fevral 2026, Çərşənbə axşamı
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Xarici futbol

“Qalatasaray” 21-ci dəfə çempion oldu

Türkiyə Superliqasında 2017/2018 mövsümünün qalibi müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, son turda səfərdə “Göztəpə”nin qonağı olan “Qalatasaray” 1:0 hesablı qələbə qazanıb. Bafetimbi Qomisin penaltidən vurduğu qolla “Cim-Bom” xallarının sayını 75-ə çatdıraraq, 21-ci çempionluğunu rəsmiləşdirib.

Öz meydanında “Konyaspor”a qalib gələn (3:2) “Fənərbaxça” gümüş medallara sahib çıxıb. “Fənər” kimi “Başakşəhər” də mövsümü 72 xalla tamamlasa da, yekunda mövsümü 3-cü pillədə bitirib.

“Sivasspor” üzərində 5:1 hesablı qələbə qazanan “Beşiktaş” isə mövsümü dördüncü pillədə başa vurub.

Qeyd edək ki, “Qalatasaray” və “Fənərbaxça” Türkiyəni Çempionlar Liqasında təmsil edəcək. “Başakşəhər”, “Beşiktaş” və kubokun qalibi “Akhisarspor” isə Avroliqada mübarizə aparacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28