30 Sentyabr 2026, Çərşənbə
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də

Xarici futbol

İspaniya İnyestasız oynamalı olacaq

“Barselona”nın və İspaniya millisinin yarımmüdafiəçisi Andres İnyesta sıradan çıxıb.
 
Futbolxeber.az xəbər verir ki, 33 yaşlı futbolçu İspaniya La Liqasının 7-ci turu çərçivəsində baş tutmuş “Las Palmas”la ev oyununda (3:0) zədələnib. Fasilədən dərhal sonra meydana daxil olan İnyesta, görüşün 84-cü dəqiqəsində zədələnərək əvəzlənməli olub.
 
“Marka” nəşrində yer alan xəbərdə həkim müayinəsindən sonra təcrübəli yarımmüdafiəçinin sol ayaq əzələsinin zədələndiyinin məlum olduğu, ən azı 10 gün yaşıl meydanlardan kənarda qalacağı qeyd edilib.
 
Bu da o deməkdi ki, İnyesta İspaniya millisinin DÇ-2018-in seçmə mərhələsinin İsrail və Albaniya ilə oyunlarını buraxmalı olacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30