10 Noyabr 2026, Çərşənbə axşamı
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi

Xarici futbol

"Roma" Bakıya Perottisiz gələcək

İtaliyanın "Roma" klubu "Qarabağ"la keçirəcəyi Çempionlar Liqasının II tur matçı ərəfəsində daha bir futbolçu itkisi ilə üzləşib.
 
Futbolxeber.az saytının məlumatına görə, müdafiəçi Dieqo Perotti "Udineze" ilə A Seriyasının VI tur qarşılaşmasında zədə alıb.
 
O, ayağının kəsilmiş hissəsinin fotosunu şəxsi "İnstagram"ında yerləşdirib. Bakıya səfər edə bilməyəcək 29 yaşlı argentinalı oyunçunun oktyabrın 1-də "Milan"la səfər matçında da iştirakı sual altına düşüb.
 
Daha əvvəl Patrik Şikin də zədə üzündən "Qarabağ"la və Çexiya millisinin heyətində oktyabrın 5-də Azərbaycan yığması ilə görüşləri buraxacağı açıqlanıb.
Qeyd edək ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Roma" matçı saat 20:00-da başlanacaq. 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30