13 Avqust 2026, Cümə axşamı
"Qarabağ" "Dinamo"ya qarşı
"Sumqayıt"dan növbəti transfer
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da

Xarici futbol

THY: “Qarabağ” – “Qalatasaray” oyunu keçirilməyəcək

Türkiyənin “Qalatasaray” klubunun Bakıya səfəri baş tutmayacaq. Futbolxeber.az saytının məlumatyın görə, bu barədə apasport.az-a “Türk Hava Yolları” (THY) şirkətinin Bakı ofisinin rəhbəri Seyfullah İlyas açıqlama verib.

THY Azərbaycandakı fəaliyyətinin 25 illiyinin tamam olması münasibətilə martın 29-da “Qalatasaray”la “Qarabağ”ın yoxlama görüşünü planlaşdırırdı. Bununla bağlı hətta hər iki klubun ilkin razılığı da alınmışdı.

Lakin Seyfullah İlyas bu qarşılaşmanın baş tutmayacağını bildirib: “Planlaşdırılan tarixlə bağlı komandaların öz proqramları var. Təqvim sıxlığı olduğundan, “Qalatasaray” və “Qarabağ” arasındakı görüş təşkil olunmayacaq. Biz bu oyunun baş tutmasını çox istəyirdik. Bunun üçün əlimizdən gələni etdik. Əfsuslar olsun ki, matçı keçirmək mümkün olmayacaq”.

Qeyd edək ki, “Qalatasaray” tərəfi iki komanda arasında görüşün başqa tarixə salınmasının mümkünlüyünü istisna etməyib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31