2 Avqust 2026, Bazar günü
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Xarici futbol

Falkao dünyanın ən bahalı altıncı futbolçusu oldu

"Monako"nun yeni transferi Radamel Falkao dünyanın ən bahalı futbolçularının siyahısına daxil olub. Futbolxeber.az-ın məlumatına görə, kolumbiyalı forvard dünyanın ən bahalı futbolçularının sıralamasında altıncı pillədə qərarlaşıb. Kolumbiyalı forvardın keçidi 60 milyon avro həcmində dəyərləndirilir. Falkao həm də keçidinə görə 50 milyondan çox pul xərclənən sayca onuncu futbolçu olub. Maraqlıdır ki, dünyanın 4 ən bahalı futbolçusunun keçidini "Real" reallaşdırıb. Eləcə də ən bahalı 5 oyunçu İspaniya La Liqasında çıxış etdiyini əlva edək. Dünyanın ən bahalı futbolçularının siyahısını təqdim edirik:

1. Kriştianu Ronaldo (MY - Real) - 94 milyon avro

2. Zinəddin Zidan (Yuventus - Real) - 74,5 milyon

3. Fiqu (Barselona - Real) - 70 milyon

4. Kaka (Milan - Real) - 64,5 milyon

5. Zlatan İbrahimoviç (İnter - Barselona) - 61 milyon

6. Falkao (Atletiko - Monako) - 60 milyon

7. Halk (Portu - Zenit) - 59,5 milyon

8. Fernando Torres (Liverpul - Çelsi) - 58,5 milyon

9. Ernan Krespo (Parma - Latsio) - 55,5 milyon

10. Canluici Buffon (Parma - Yuventus) - 52,5 milyon








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31