8 Avqust 2026, Şənbə
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Xarici futbol

“Qalatasaray”ın ulduzu jurnalistə hücum çəkdi

“Qalatasaray”ın ulduz futbolçusu Uesli Sneyder qalmaqalla gündəmə gəlib. Futbolxeber.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, hollandiyalı yarımmüdafiəçi jurnalistə hücum çəkib.

Belə ki, yeni ilin gəlişi ilə əlaqədar həyat yoldaşı Yolante Kabau və körpə oğlu Xesus Xava ilə ölkəsinə yollanan futbolçu İstanbul hava limanında problem yaşayıb. Oğlunun sənədlərində problem olan futbolçunu həmin vaxt “Fanatik” nəşrinin fotoqrafı görüntüləyib. Buna əsəbləşən Sneyder fotoqrafa hücum çəkib. O, jurnalistdən şəkli silməyi tələb edib və media mənsubunu hədələyib: “Səni çöldə tapıb, öldürəcəm. O şəkilləri sil”.

31 yaşlı oyunçu hətta telefonla media mənsubunun şəklini çəkmək istəsə də, təhlükəsizlik əməkdaşlarının müdaxiləsindən sonra futbolçu istəyinə çata bilməyib.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31