3 Avqust 2026, Bazar ertəsi
“Zirə”də gözlənilməz ayrılıq
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı

Xarici futbol

Terim Şevçenko, Maldini və İnzaginin baş məşqçisi oldu

"Milan" sabiq futbolçusu Kaxa Kaladze vida mərasiminə "Qalatasaray"ın baş məşqçisi Fatih Terim və onun köməkçisi Umut Davalanı da dəvət edib. Futbolxeber.az-ın məlumatına görə, Kaladzenin Terimlə Davalaya dəvət göndərməsi heç də səbəbsiz deyil. Çünki gürcü futbolçu vaxtı ilə "Milan"da Terimin rəhbərliyi ilə, Davala ilə eyni komandada forma geyib.

35 yaşlı veteran oyunçunun vida matçında "Friends 4 Kaladze" adlı komanda Gürcüstan yığması ilə qarşılaşacaq. Kaladzenin komandasına da məhz Fatih Terim başçılıq edəcək. Sözügedən komandanın heyətində Davala ilə yanaşı, "Milan"ın digər sabiq üzvlərindən Franko Barezi, Paolo Maldini, Dario Şimiç, Roke Junior, Cuzeppe Pankaro, Cuzeppe Favalli, Federiko Cunti, Angelo Karbone, Stefano Eranio, Matie Flamini, Zvonimir Boban, Massimo Ambrozini, Serjinyo, Filippo İnzagi, Andrey Şevçenko kimi ulduzlar çıxış edəcəklər. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31