4 Oktyabr 2026, Bazar günü
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi

Xarici futbol

Birinci Avropa Oyunlarında Polşanı 214 idmançı təmsil edəcək

Polşa Olimpiya Komitəsi iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” birinci Avropa Oyunlarında iştirak edəcək Polşa yığmasının heyətini təsdiqləyib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, polşalı idmançılar idmanın badminton, boks, gimnastika, akrobatika, cüdo, kanoedə avarçəkmə, karate, velosiped idmanı, kamandan oxatma, voleybol (zalda və çimərlikdə), üzgüçülük, sinxron üzgüçülük, suya tullanma, sambo, atıcılıq, qılıncoynatma, taekvondo, stolüstü tennis, triatlon və güləş kimi növlərində yarışacaqlar.

Polşa nümayəndə heyəti 334 nəfərdən ibarət olacaq. Polşalı idmançıların ilk qrupu Bakıya iyunun 8-də yola düşəcək. Polşa Olimpiya Komitəsi baydarkda avarçəkmə, voleybol, velosiped idmanı, kamandan oxatma, stolüstü tennis, qılıncoynatma və güləş kimi idman növlərində medallara ümid bəsləyir.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31