30 Sentyabr 2026, Çərşənbə
IX turun oyun cədvəli açıqlanıb
"Qəbələ"də daha iki yeni məşqçi
Millimiz Litva ilə heç-heçə etdi
Rafael Utsiq yenidən “Qəbələ”də

Xarici futbol

UEFA “Qalatasaray”ı cəzalandıracaq

Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində keçirilən “Borussiya” - “Qalatasaray” oyunu 2 dəfə dayandırılıb. Futbolxeber.az-ın məlumatına görə, ilk belə hal 52-ci dəqiqədə yaşanıb. Türkiyəli azarkeşlər tribunada qarışıqlıq yaratmaqla meydana petarda atıblar. Bu isə futbolçular üçün təhlükəli olduğundan matç dayandırılıb. Felipe Melo, Hamit Altıntop və Fernando Musleranın fanatları sakitləşdirmək cəhdi öz bəhrəsini verib və oyun davam etdirilib. Görüşün sonunda, hesab 4:1 meydan sahiblərinin xeyrinə olarkən yenidən “Qalatasaray”lıların əyləşdiyi tribunadan meydana petarda və oturacaqlar atılıb. Nəticədə qarşılaşma ikinci dəfə dayanıb.

Qeyd edək ki, daha əvvəl Londonda “Arsenal”a qarşı baş tutan matçda da buna bənzər hal yaşanmışdı. O vaxt UEFA “Qalatasaray”ı 50 min avro cərimələmişdi. Budəfəki cəzanın daha sərt olacağı gözlənilir. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30