4 Noyabr 2025, Çərşənbə axşamı
Sadıq Sadıqov vəzifəsindən getdi
Abubakar son 6 ilin ilkinə imza atdı
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”

Xarici futbol

Maurinyo Qvardiolayla mübahisə etdi

Nyonda UEFA-nın elit məşqçilərinin görüşündə “Çelsi”nin baş məşqçisi Joze Maurinyo ilə “Bavariya”lı həmkarı Xosep Qvardiola arasında mübahisə yaranıb. Futbolxeber.az-ın məlumatına görə, fikir mübadiləsi aparılan zaman Qvardiola bildirib ki, ot örtüyünün hündürlüyünü 3 sm-dən 1,5-ə endirmək daha yaxşı olardı. Həmçinin də qazonu oyundan öncə birbaşa sulamaq lazımdır. Bu halda, oyunçular meydanda daha sürətlə hərəkət edərlər və futbol daha baxımlı alınar. Maurinyo isə buna qarşı çıxaraq qeyd edib ki, hər oyunçunun öz oyun tərzi var və buna hörmət etmək lazımdır. “Baxımlı futbol anlayışı” hər kəs üçün eyni deyil.

Qvardiola da öz növbəsində portuqaliyalının sözlərini cavabsız qoymayıb. “Futbolun baxımlılığı məşqçilərdən asılıdır. Görünür, Maurinyo üçün əsas olan nəticədir” - deyə, ispan məşqçi vurğulayıb. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30