4 Fevral 2026, Çərşənbə
Azərbaycan futbolunda yenilik
Aərbaycan kubokunun püşkü atılıb
XXII turun oyun cədvəli açıqlandı
"Qarabağ" yeni transfer edir

Xarici futbol

Cerrard millidəki karyerasını başa vurdu

“Liverpul”un yarımmüdafiəçisi Stiven Cerrard milli komandadakı karyerasını başa vurub. Futbolxeber.az-ın məlumatına görə, bu haqda İngiltərə Futbol Assosiasiyasının rəsmi saytı xəbər yayıb.

Cerrard millidə 14 il idi ki, çıxış edirdi. “Liverpul”lu futbolçu yığmanın heyətində 2000-ci ildə “Uembli”də Ukraynaya qarşı baş tutan görüşdə (2:0) debüt edib. O, 3 Avropa və 3 dünya çempionatında forma geyib. Son iki mundialda isə İngiltərə millisinin kapitanı olub.

Ümumilikdə Cerrard yığmada 114 oyun keçirib və 21 qol vurub. Millidəki oyun sayına görə Stiven yalnız Piter Şilton (125 oyun) və Devid Bekhemdən (115) geri qalır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28