1 Oktyabr 2026, Cümə axşamı
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Azərbaycan Lixtenşteynə qarşı
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Xarici futbol

Prandelli: “İtaliya meydana 1 xal üçün çıxan komandalardan deyil”

“Futbolçularıma da dedim, onlar özlərinə inanmalıdırlar. Biz oyuna çox ciddi hazırlaşmışıq və yalnız qələbə haqda düşünürük. Lazımı nəticəni qazanmaq istəyiriksə, başqa variant haqda fikirləşə bilmərik”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri İtaliya milli komandasının baş məşqçisi Çezare Prandelli deyib.

Uruqvaya qarşı keçiriləcək oyun haqda danışan təcrübəli mütəxəssis, heç-heçə barədə düşünmədiklərini bildirib: “Biz heç-heçəyə oynamağa hazırlaşmırıq. İtaliya meydana 1 xal qazanmaq və bunun üçün əziyyət çəkən komandalardan deyil. Bizi çox gərgin oyun gözləyir - ya davam, ya tamam. Hələ püşkatmdan sonra bilirdim ki, bu qrupda taleyimiz son turda bəlli olacaq. Belə də oldu. Məni qarşıda karyeramdakı ən mühüm oyun gözləyir”.  








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31