Xarici futbol
Alleqri: "Hər gün futbolçulardan saçlarını düz-əməlli hala salmağı tələb edirik"
"Milan"ın baş məşqçisi Massimiliano Alleqri bu günlərdə yerli mətbuata müsahibə verib. Təcrübəli mütəxəssis müsahibəsində Andrea Pirlonun gedişi, Silvio Berluskoni ilə danışıqları, hazırki futbolçularının saç düzümləri və digər məsələlər haqda danışıb. Futbolxeber.az həmin müsahibəni təqdim edir:
SİLVİO BERLUSKONİ?
Biz mütəmadi olaraq onunla birgə taktikanı və oyunçuların durumunu müzakirə edirik. Berluskoni öz fikirlərini açıqlayır. O yalnız təklif edir, əmr yox. Hər halda bizim klubumuzun prezidenti artıq 25 ildən çoxdur ki, futboldadır. Əsl ekspertə çevrilmək üçün bu müddət yetərlidir.
ANDREA PİRLONUN GEDİŞİNƏ TƏSRİ GÖSTƏRMİŞƏM?
Bu olayda sirli heç nə yoxdu. Həmin mövsüm Pirlo tez-tez zədələnirdi. Klub rəhbərliyi isə yaşı 30-dan yuxarı olan futbolçulara yalnız 1 illik, uzun müddətli olmayan müqavilə təklif edirdi. Amma Andrea bu fikirlər razı deyildi. O daha uzun müddətli anlaşma istəyirdi. "Yuventus"un təklifi onun üçün sərfəli oldu və o, turnililərlə 3 illik müqavilə imzaladı. Pirlo əsl çempiondu. Onun meydanda spesifik rolu var. Taktiki cəhətdən o "Yuventus"un oyununa daha uyğun gəlir, nəinki "Milan"ın. İstənilən halda, "qırmızı-qara" formada 10 il keçirdikdən sonra onun yeni stimula ehtiyacı var idi.
BALOTELLİ?
O hər zaman "Milan"ın planlarına daxil olub. Mario hətta İngiltərədə olduğu vaxtlarda da tez-tez bizimlə əlaqə saxlayırdı. Amma onun keçidi çox çətin əməliyyat idi. Yanvarın son gününə qədər prosesin uzanması da dediklərimi təsdiqləyir. Hesab edirəm ki, o düzgün addım atdı. Burada Balotelli özünü ən yaxşı tərəfdən göstərmək üçün əla imkan qazanıb. "İnter" və "Mançester Siti"də çıxış edərkən, o xeyli saydan ulduzdan biri idi. Amma indi o komandasının lideri, 1 nömrəsi, əsl ulduzudu.
"A" SERİYASI İNDİ ENİŞDƏDİR?
Xahiş edirəm, bu haqda məndən soruşmayın. Düzdür, biz İbrahimoviç və Tyaqo Silvanı itirdik. Amma indi bizim komandamızda Mario Balotelli kimi futbolçu var. Eləcə də iki gənc futbolçunun böyük istedadını kəşf etdik. Əl-Şəravi və De Şilyo - bu ikili təkcə İtaliya deyil, eləcə də dünya futbolunun gələcəyidirlər. Onları möhtəşəm bir gələcək gözləyir. Bütün bunları nəzərə alaraq, mən İtaliya "A" seriyasının gələcəyinin parlaq olacağından əminəm.
İTALİYA MİLLİSİNİN GƏLƏCƏYİNDƏN DƏ ƏMİNƏM?
Əlbəttə! İtaliya futbolunun gələcəyini parlaqdı. Elə bir qədər əvvəl "Milan"dan 3 gənc futbolçunun adını çəkdim. Fəxrlə təkrarlayıram ki, Balotelli, Əl-Şəravi və De Şilyo təkcə "Milan"ın deyil, eləcə də İtaliya futbolunun gələcəyidirlər. Montolivonu unutmaq olmaz. Onun da 28 yaşı var. Eləcə də 27 yaşlı Markizionun adını çəkməliyəm. Qarşıdakı dünya çempionatında və 2016-cı ildə keçiriləcək Avropa çempionatında milli komandanı çalışdıracaq məşqçinin bəxti gətirib.
HƏQİQƏTƏNMİ MİLLİ KOMANDANI ÇALIŞDIRMAQ HƏR MƏŞQÇİNİN KARYERASINDA ZİRVƏ NÖQTƏSİDİR?
Bəli, bu fikirlə razıyam. Mən də gec və ya tez bu arzumu reallaşdırmacağıma inanıram.
XARİCİ MİLLİ?
Sözün açığı, bu haqda heç düşünməmişəm. Mən italyansayağı arzulamağı üstün tuturam.
PREMYER LİQADA ÇALIŞMAQ?
Əbəttə, bu da ürəyimdən keçir. Amma indiki məqamda da mən İtaliyada top-klubda çalışıram.
HANSI İNGİLTƏRƏ KLUBUNU ÇALIŞDIRMAQ İSTƏRDİM?
İndi ad çəksəm, bu, şaiyələrə yol açar. Amma bircə onu deyə bilərəm ki, əgər, İtaliyada aparıcı klubu çalışdırıramsa, deməli İngiltərədə də eyni vəzifəni tutmaq istəyərəm.
PREMYER LİQA, LA LİQA VƏ BUNDESLİQA ARASINDA SEÇİM ETMƏLİ OLSAYDI, HANSI OYUNA BAXMAĞI ÜSTÜN TUTARDIM?
Leonardo deyəndə ki, Fransa çempionatını əbəs yerə ciddiyə almırlar, o haqlıdır. Amma mən də Liqa 1-i seçməzdim. Üstünlüyü İngiltərə Premyer Liqasına verərdim. Çünki mən meydanda fair-play, ondan kənarda isə dolu tirubanalar qarşısında baş tutan oyunları, məşqçilərin bir-birilərinə olan hörmətlərini görməyi üstün tuturam. İngiltərədə hakimlərə böyük diqqət ayrılmır. Çünki Naninin meydandan qovulduğu epizod hansısa bir italyan klubunun oyununda baş versəydi, o zaman heç kim oyundan yox, ancaq Çakırdan danışardı.
MƏNİM FUTBOLDAKI KUMİRİM?
Uşaq vaxtı mən "Yuventus"a azarkeşlik edirdik. Mənim kumirim isə Mişel Platini idi. O texnikalı və ağıllı oyuna bariz nümunə idi. Məhz bu məqam onu Maradonadan fərqləndirirdi. Bəli, Maradona anadangəlmə futbolçu idi. Amma karyerasını başa vurarkən başına gələnlər onun digərlərindən olan fərqini göstərir.
GƏNC ALLEQRİYƏ NƏ MƏSLƏHƏT GÖRƏRDİM?
İnanın ki, karyeram ərzində qarşıma xeyli sayda "gənc Alleqri" çıxıb. İndi də bu cür hallar baş verir. Xöşbəxtlikdən həmin "gənc Alleqri"lər yaşlı Alleqriyə gənc futbolçuları anlamaqda yardımçı olurlar.
ƏGƏR 20 YAŞIM OLSAYDI, SAÇIMI "İROKEZ" TƏRZİNDƏ DÜZƏLTDİRƏRDİM?
Allah eləməsin, təbii ki yox. Siz elə bilirsiz ki, onları bu vəziyyətdə görmək mənə xoşdur? Məgər, biz onlardan saçlarını düz-əməlli hala salmağı tələb etmirik? Biz bunu hər gün edirik. Amma sözümüzə qulaq asmırlar. Çünki bizim nə demək istədiyimizi anlamırlar. Axı onlar gəncdilər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Maksimov məğlubiyyəti şərh etdi
-
10:09
"Neftçi" məşqləri bərpa etdi FOTOLENT
-
09:52
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:34
Cüdoçumuz Avropa çempionu titulu qazandı
-
09:17
"Neftçi" Yunanıstan klubuna qalib gəlib
-
09:00
Azərbaycan şahmatçısı Avropa çempionu olub
-
19:22
ACF və AMADA Azərbaycanın cüdo millisi üçün antidopinq seminarı keçirib
-
18:48
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
17:35
21 ildən sonra “Latsio”nu tərk edəcək
-
17:19
Basketbol millimiz İsveçrəyə uduzdu
-
16:51
Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib
-
16:26
“Liverpul”, “Mançester Yunayted” və “Çelsi” niderlandlı qapıçı ilə maraqlanır
-
16:00
Azərbaycan futbolunun qara günü
-
15:37
II Liqada XI turun oyunlarının vaxtı bilindi
-
15:13
“Real”ın vingeri “Beşiktaş”ın hədəfində
-
14:42
Güləşçilərimiz Qazaxıstanda 8 medal qazanıblar
-
14:24
“Çelsi” müdafiəçisini satışa çıxardı
-
14:08
İngilis hücumçu “Mançester Yunayted”ə keçiddən imtina etdi
-
13:55
Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
-
13:31
“Sumqayıt”ın daha bir legioneri milliyə çağırıldı
-
13:19
Kəmalə Əsgərova CEV Çelenc Kubokunun oyununa təyinat alıb
-
12:46
"Üzgüçülük hamı üçün" yarışı keçiriləcək
-
12:23
“Xankəndi”nin Bakıdan köçəcəyi vaxt açıqlandı
-
11:57
Azərbaycan İdman Akademiyası dünyada 5 ulduz alan ilk idman profilli ali təhsil müəssisəsi olub
-
11:34
Yelkən idmanı üzrə "Zəfər Kuboku" keçirilib
-
11:12
Kroyffun nəvəsi ABŞ millisinə dəvət aldı
-
10:48
“Aston Villa” niderlandlı müdafiəçi ilə razılığa gəldi
-
10:25
AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
-
10:09
Elvin Bədəlov: “Belə davam etsək, rəqiblərə baxmağa ehtiyac qalmayacaq”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:30
Premyer Liqada turun oyunçusu o seçildi
-
21:47
İtaliya klubunda yeni baş məşqçi
-
21:22
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
20:58
"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı
-
19:35
“Turan” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı
-
18:43
“Dinamo” səfərdə qələbə qazandı
-
18:19
Alonsonun “Çelsi”dəki nəticəsi sələflərindən uğursuzdur
-
18:00
Emin Abbasova “Səbail”də vəzifə verildi
-
17:36
Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
-
16:51
33 yaşlı qapıçı “Bavariya”nın hədəfində
-
16:07
Dünya çempionatında Azərbaycanı 14 cüdoçu təmsil edəcək
-
15:42
AFFA elə bilirdi italyanlardan ağıllıdır...
-
15:24
Region Liqasına yeni formatda start verilib
-
15:00
“İnter” Türamla danışıqlara başladı
-
14:18
Azərbaycanın U-20 millisinin heyətində dəyişiklik olub
-
13:35
Azərbaycanla oyundan əvvəl kapitan sıradan çıxdı
-
12:53
UEFA Fransa klubunu 80 min avro cərimələdi
-
12:29
Nigeriya millisindən tarixi uğur
-
12:06
“Roma” futbolçusunu Argentina millisinin düşərgəsinə buraxmır
-
11:41
“Mançester Yunayted” Kerriki istefaya göndərir
-
10:17
Yenidənqurmadan sonra Xankəndidə keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlandı
12.11.2026
11.11.2026
10.11.2026
























