10 Noyabr 2026, Çərşənbə axşamı
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi

Digər idman növləri

Gimnastları dünya çempionatının finalına yüksəliblər

İtaliyanın Pezaro şəhəri akrobatika gimnastikası üzrə dünya çempionatı keçirilir.

Futbolxeber.az saytının məlumatına görə, nüfuzlu yarışda ölkəmizi kişi cütlükləri – Murad Rəfiyev və Daniel Abbasov, Seymur Cəfərov və Rəsul Seyidli, eləcə də qadın qrupu – Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva təmsil edirlər.

Çempionatın ilk təsnifat günündə Dünya kubokunun qızıl medalçıları olan qadın qrupumuz – Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva temp hərəkətləri proqramında 28.330 xal toplayaraq 1-ci pillədən finala yüksəliblər. Bu haqda Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Dünya Oyunlarının gümüş medalçıları Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyümüz isə balans hərəkətləri proqramında 28.550 xal toplayıb. Təmsilçilərimiz təsnifat mərhələsini 3-cü yerdə başa vuraraq finala vəsiqə qazanıblar.

Seymur Cəfərov və Rəsul Seyidlidən ibarət digər kişi cütlüyümüz isə 26.200 xalla temp hərəkətlərində, 51.850 xalla qarışıq hərəkətlər proqramında finala yüksəliblər.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30