9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Digər idman növləri

Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi keçiriləcək

Bakıda kamandan oxatma üzrə Azərbaycan birinciliyi keçiriləcək.

Futbolxeber.az saytına Azərbaycan Kamandan Oxatma Federasiyasından (AKOF) verilən məlumata görə, qurumun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçiriləcək yarış mayın 31-dən iyunun 2-dək davam edəcək.

Hövsan Olimpiya İdman Kompleksində baş tutacaq birincilikdə U-15 (yeniyetmələr), U-18 və U-21 (gənclər) kateqoriyaları üzrə ümumilikdə 49 idmançı birincilik uğrunda mübarizə aparacaq.

Gənc oxatanlar yaş qruplarına müvafiq olaraq 40, 60 və 70 metr məsafələrdə hədəfi dəqiq vurmaq bacarıqlarını nümayiş etdirəcəklər.

​Üç gün davam edəcək turnirin proqramına əsasən, mayın 31-də idmançıların sınaq atışları və rəsmi məşqləri təşkil olunacaq. İyunun 1-də birinciliyin əsas yarış mərhələsi baş tutacaq, 2-də isə final görüşləri keçiriləcək və qaliblərin adları müəyyənləşəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31