21 Avqust 2026, Cümə
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Tvente"ni məğlub etdi
“Sabah” "Hapoel"ə məğlub oldu
“Səbail” “Sakaryaspor”la heç-heçə etdi

Digər idman növləri

Mirəli Seyidovun xatirəsinə həsr olunmuş karate turniri başa çatıb

Azərbaycanın əməkdar məşqçisi, mərhum Mirəli Seyidovun xatirəsinə həsr olunmuş "kyokuşin (Kay) senşi karate" üslubu üzrə karate turniri başa çatıb.

Futbolxeber.az saytına Azərbaycan Karate Federasiyasından verilən məlumata görə, turnirdə ölkənin müxtəlif bölgələrini təmsil edən 400-ə yaxın idmançı müxtəlif yaş və çəki dərəcələri üzrə qüvvəsini sınayıb.

Tədbirdə ölkənin idman ictimaiyyətinin tanınmış nümayəndələri, veteran idmançılar, məşqçilər, hakimlər, müxtəlif idman klublarının rəhbərləri və idmançıların ailə üzvləri iştirak ediblər.

Turnir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Tədbir çərçivəsində çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev mərhum Mirəli Seyidovun karatenin inkişafında mühüm xidmətlər göstərdiyini bildirib. Qeyd olunub ki, o, uzun illər ərzində karatenin inkişafı, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi və sağlam həyat tərzinin təbliği istiqamətində böyük fəaliyyət göstərib.

Ülvi Quliyev vurğulayıb ki, Mirəli Seyidov yalnız peşəkar məşqçi deyil, həm də yüksək insani keyfiyyətlərə malik nüfuzlu idman xadimi olub. Onun yetirmələrinin müxtəlif yerli və beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər Azərbaycan idman tarixində xüsusi yer tutur. Deputat qeyd edib ki, belə turnirlər həm gənclərin idmana marağının artırılması, həm də görkəmli idman xadimlərinin xatirəsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.

Turnir çərçivəsində Mirəli Seyidovun ailə üzvlərinə Azərbaycan Karate Federasiyası tərəfindən plaketlər, fəxri sertifikatlar və xatirə hədiyyələri təqdim olunub. Eyni zamanda, bir sıra məşqçi və idmançılar müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.

Sonda çıxış edən qonaqlar Mirəli Seyidovun xatirəsinin daim ehtiramla yad ediləcəyini bildirərək, yarışın təşkilatçılarına təşəkkürlərini ifadə ediblər.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31