9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Digər idman növləri

Olimpiya çempionu: “Bakı-Xankəndi yarışı yüksək kateqoriyaya layiqdir”

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının fəxri qonaqları arasında 2012-ci ildə olimpiya çempionu olmuş velosipedçi Aleksandr Vinokurov da var.

Futbolxeber.az saytının məlumatına görə, bu gün keçirilən ikinci mərhələdən sonra jurnalistlərin suallarını cavablandıran 52 yaşlı veteran idmançı jurnalistlərə açıqlamasında yolların geniş olduğunu söyləyib.

O, turnirlə bağlı fikirlərini bölüşüb: "İlk iki gün ərzində gördüklərimə əsasən heç bir irad bildirə bilmərəm. Ümumilikdə hər şey çox yaxşı təşkil olunub. Tamaşaçılar daim trass boyu var, trass da genişdir. Düşünürəm ki, bu yarış yüksək kateqoriyaya layiqdir. Buna təşkilatçılar qərar verəcək. Amma bildiyim odur ki, yarışlar yüksək səviyyədə keçirilir. Təhlükəsizlik də təmin olunub. Tras möhtəşəmdir".

"Astana" komandasının rəsmisi qazaxıstanlı Yevgeni Fyodorovun bugünkü, ikinci mərhələdə qalib olması ilə bağlı da danışıb: "Hər şey gözlədiyimiz kimi alındı. Biz Qazaxıstanda və digər yarışlarda qalib olmuşuq. Burada da iştirak etmək bizim üçün xoşdur. Bu cür yarışlar köhnə ənənələri yaşadır, formanı layiqincə daşımağa çalışırıq. Ümumilikdə hər şey əladır. Bu yarışın yenidən keçirilməsi çox sevindiricidir. Velosportun ölkədə populyarlaşması üçün belə yarışların böyük rolu var".

A.Vinokurov uşaqların bu idman növünə marağını xüsusi qeyd edib: "Bu, çox vacibdir. Xüsusilə finişdə dayanan uşaqlar üçün bu çox maraqlıdır. Onlar sabah deyə bilərlər ki, bu idman növü maraqlıdır və onunla məşğul olmaq istəyirlər. Biz də vaxtilə belə başlamışıq".

O, Azərbaycandakı yarışda möhtəşəm enişlər və yoxuşlar olduğunu sözlərinə əlavə edib: "Möhtəşəm mənzərələr də var. Bir daha təşkilatçılara təşəkkür edirəm. Qonaqpərvərlik yüksək səviyyədədir".

İbrahim Cəfərov








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31